Şəhər ərazisində illər öncə çəkilən asfalt örtüyü dağılır, quraşdırılan kanalizasiya quyuları isə artıq yararsız vəziyyətdədir. Bu haqda bu gün, 2 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, 13-cü mikrorayon, Babək küçəsində ( 33 nömrəli məktəb) quyunun yanında asfalt örtüyündə dəlik əmələ gəlib.
“Bu yoldan gün ərzində çox sayda insan istifadə gedir. Dəliyə daş qoyurlar, bu da qaranlıq vaxtı lap təhlükəli olur”, - deyə oxucu bildirib.
Digər problem Bakı küçəsində yaşanır. Burada isə kanalizasiya quyusunun qapağı çatlayıb. Sakinlərin sözlərinə görə, quyunun üzərindən dəmir barmaqlıq quraşdırılsa da, o da bir müddət sonra oğurlanıb. [modula id="13000"]