Sumqayıt şəhəri Bakı küçəsində təhlükə saçan dəmir hasar var. Külək əsən zaman bu hasar hissə-hissə aşır. Bu haqda Sumqayıt24-ə oxucular məlumat verib.
Məlumata görə, sözügedən ərazi uzun müddətdir ki hasarlanıb. Bu yol boyunca səkilərin yararsız vəziyyətdə olması səbəbindən, piyadalar həmin hasarın altından keçməli olurlar. Bu isə həm onlar, həm sürücülər üçün təhlükə yaradır.