Sumqayıt şəhərinin Bakı küçəsində təmir-bərpa işləri icra olunur. Bu barədə 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
İşlər sözügedən küçənin 8-ci mikrorayon ərazisinə aid olan hissəsində aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları tərəfindən yolun qazılmış ərazisi asfalt örtüyü ilə doşənilir. Yolda hərəkət qismən məhdudlaşdırılıb.
[modula id="30917"]