Bakı küçəsində kanalizasiya xəttinin tutulması sakinlərə çətinlik yaradır. Bu haqda bu gün, 25 iyul tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 15-ci məhəlləsində yerləşən kanalizasiya quyusu daşıb. Çirkab sular binanın arxa hissəsində axır və gölməçələr yaradır. Sakinlərin sözlərinə görə, ətrafı üfunət qoxusu bürüyüb. Bu hal 2 gündən çoxdur davam edir. [modula id="18948"]