Bakı-Sumqayıt şosesində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sumqayıt24 bu haqda 8 avqust tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə Saray qəsəbəsi istiqamətində qeydə alınıb. “VAZ 2106” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək “Chevrolet” markalı avtomobil ilə toqquşub. Sonuncu isə zərbənin təsirindən yol ayırıcı dəmirə çırpılıb. Qəza nəticəsində “Chevrolet”-in sürücüsü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.