Bakı-Sumqayıt magistralının bir hissəsi bağlı olacaq. Sumqayıt24 bu haqda 30 dekabr tarixində Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Yolun Saray qəsəbəsindən keçən hissəsində yerüstü piyada keçidi tikilir. Bu səbəbdən yanvarın 2-də gecə saat 01:00-dan 05:00-a qədər magistralın hər iki istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan vaxt kəsiyində Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur.