Bakı–Xırdalan–Sumqayıt xəttində yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC Report.az-ın sorğusuna cavab olaraq bildirib.
Məlumatda deyilir ki, "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda dairəvi dəmir yolu marşrutu üzrə Bakı–Xırdalan–Sumqayıt xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara buraxılması nəzərdə tutulub.