Sumqayıtda zirzəmiyə dolan su sakinləri narahat edir. Sumqayıt24 bu haqda 1 avqust tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Problem 9-cu mikrorayon ərazisində yerləşən binada yaranıb. Sakinlərin sözlərinə görə, antisanitar vəziyyət bir neçə aydır ki, davam edir. “Azərsu” ASC-nin əməkdaşları bir dəfə çirkli suyu təmizləyiblər. Həmçinin onlar yenidən zirzəmiyə baxış keçirəcəklərini deyiblər. Lakin müxtəlif şikayətlərə rəğmən, əraziyə gələn olmayıb.