Sumqayıtın bəzi ərazilərində bu gün saat 23:00-dan sabah 18:00-dək suyun verilməsində məhdudiyyətlər olacaq. Bu haqda bu gün, 25 yanvar tarixində APA məlumat yayıb.
Məlumata əsasən, 2-ci mikrorayon tam olaraq, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonların 9 mərtəbələri, 1-ci, 4-cü, 5-ci mikrorayonlar, 34-cü, 45-ci və 47-ci məhəllələr, Corat qəsəbəsinin bir hissəsi, həmçinin Yaşıldərə yaşayış massivində suyun verilişi dayandırılacaq.
Suyun verilməməsinin səbəbi isə 9-cu mikrorayon ərazisində ("Gənclik" marketin qabağı) baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasıdır.