Sumqayıtda 16.500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq. Bu haqda bu gün, 14 mart tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata görə, bu gün saat 09:30-dan etibarən saat 11:30-dək Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, "Xəzər bağları" yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır.
Bildirilib ki, məhdudiyyətlərin yaranma səbəbi “Şəhər-3" orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması prosesidir.