Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində kanalizasiya xətləri təmizlənir. Bu haqda 16 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Sukanal İdarəsinin işçiləri tərəfindən küçənin 5-ci mikrorayon ərazisinə düşən hissəsində quyular tullantılardan təmizlənir.
Aparılan işlərlə əlaqədar yolun hərəkət hissəsində tıxac müşahidə olunur.