Sumqayıtda “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub. Sumqayıt24 bu haqda 27 iyul tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə Polad Həşimov küçəsinin Bulvar ərazisinə düşən hissəsində baş verib. Zərbənin gücündən “Opel” markalı avtomobil səkiyə çıxıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.