Sumqayıtda piyadaların hərəkəti qismən məhdudlaşdırılıb. Sumqayıt24 bu barədə 7 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Şəhərin C.Cabbarlı küçəsində, 4-cü mikrorayon ilə 40-cı məhəllə arasındakı piyada səkiləri yenilənir. Aidiyyəti qurumların əməkdaşları tərəfindən səkilərə yeni daş plitələr döşənir. Təmir-bərpa işlərinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.