Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində piyada səkiləri təmir olunur. Sumqayıt24 bu haqda məlumatı 29 iyul tarixində verir.
Şəhərin 1-ci mikrorayon ərazisində yerləşən səkilərə daş plitələri döşənir. Buraya tikinti materialları və xüsusi texnika cəlb olunub. Ərazidə aidiyyəti qurumun işçiləri çalışır. Burada piyadaların hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edək ki, təmir işlərinin 2-3 günə yekunlaşdırılması nəzərdə tutulub.