top
Çindən maşın almaq istəyən sumqayıtlılar 60 min manat ZİYANA DÜŞDÜLƏR
26 noyabr 2025, 14:25
- ↺ +

Çindən maşın almaq istəyən sumqayıtlılar 60 min manat ZİYANA DÜŞDÜLƏR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaricdən maşın gətirmək istəyən Sumqayıt sakinləri dələduzluğun qurbanı olublar.

Belə ki, Şahin Vahid oğlu İbrahimov qardaşları ilə birgə Çindən avtomobil almaq istəyib. Lakin əməkdaşlıq etdikləri Fuad Cəfərzadə pulu götürdükdən sonra zənglərə cavab verməyib.

Şahin İbrahimov qeyd edib ki, onlara 60 min manat dəyərində ziyan dəyib.

"Biz üç qardaş (Şahin, Elçin, Samiq) Çindən maşın almaq üçün Fuad Cəfərzadə ilə əməkdaşlıq etdik. Əvvəlcə ona 30 min dollar pul verdik. Bundan əlavə, 7 700 manatı isə gömrük və qeydiyyat üçün lazım olan vəsait kimi bizdən aldı. Maşınların gəlməsinə bir gün qalmış Fuad Cəfərzadə bizdə gömrük məsələlərini həll etmək üçün ödənişi və lazımi bütün sənədləri götürüb getdi.

Bizə isə səhər saat 10-da yaxınlaşıb qeydiyyat prosesini həll etməyimizi dedi. Lakin həmin günün axşamı biz onunla əlaqə saxlamaq istəyəndə zənglərimizi açmadı, telefonuna zəng çatmadı, "WhatsApp" mobil tətbiqindən ona yazdıq, lakin bundan sonra o bizi bloka atdı. Sonradan atasını tapıb oğlunun yerini soruşduq, dedi ki, "gedin nə edirsiniz, edin, mən bilmirəm", atası oğlunun yerini bilir, lakin gizlədir. Biz məsələ ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmişik.

Bu olanlardan sonra biz dələduzun fotosunu sosial mediada paylaşdıq. Paylaşımdan sonra 50-60 nəfər bizə yazdı. Onlar deyirdilər ki, fotodakı şəxs dələduzdur, həmin şəxslərə də 10-30 min manat aralığında ziyan vurub".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Sumqayit24.az -a açıqlamasında bildirib ki, vətəndaşların "xarici ölkədən avtomobil gətirmək" vədi ilə Fuad Elxan oğlu Cəfərzadə tərəfindən aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı müraciətlər araşdırılır:

"Faktlar üzrə zərərçəkənlərə dəyən zərərin miqdarı 58 700 manat təşkil edir. Hazırda əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər