top
Çinlilər Sumqayıtdakı villadan 357 min manatlıq oğurluq etdilər
27 noyabr 2025, 16:33
- ↺ +

Çinlilər Sumqayıtdakı villadan 357 min manatlıq oğurluq etdilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda villadan külli miqdarda oğurluq edən Çin vətəndaşları 44 yaşlı Wei Zhinjian və 34 yaşlı Wei Hongfunun məhkəmə prosesi başa çatıb.

Teleqraf.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Wei Zhinjian 7 il 6 ay, onunla cinayət əlaqəsinə girən tanışı isə 2 il müddətinə azadlqıdan məhrum edilib.

Onlar sözügedən ünvandakı dəmir seyfdən 134500 ABŞ dolları, 10 min manat pul və qiymətli qızıl-zinət əşyaları aparmaqla zərərçəkənə ümumilikdə 357.194 manat dəyərində ziyan vurublar.

Məhkəmədə Wei Hongfu ifadəsində bildirib ki, Bakıya işləmək üçün gəliblər:

"Wei He bizi işləmək üçün Bakıya çağırmışdı. O, bizə iş tapmaq üçün ikimizin də pasportunu götürdü, lakin iş tapa bilmədiyinə görə evdən oğurluq etməyimizi istədi. Wei He bizə evə girib axtarmağı, nəsə bir şey varsa götürməyi və əgər dediyini etməsək, pasportlarımızı geri qaytarmayacağını söylədi. Evə girdikdən sonra, seyf də daxil olmaqla tapdığımız hər şeyi götürdük. Daha sonra seyfi açdılar və seyfin içərisində də nə var idisə, hamısını götürdük. Wei He bizə təxminən 80000 ABŞ dolları pul verdi və Dubaya getməyimizi söylədi. Bundan sonra hava limanına getdik və bizi tutdular".

Məhkəmədə zərərçəkən Tofiq Məmmədov (ad-soyad şərtidir) bildirib ki, oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357194 manatdan çoxdur.

"Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və onları "lom" qiyməti ilə hesablamaq olmazdı. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. "Villa Badam" yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. Mən 45 il dövlət qulluğunda işləmişəm və mənim heç bir xarici ölkə ilə əlaqəm olmayıb", - deyə zərərçəkən bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər