Sumqayıda şəhidin adını daşıyan küçə bərbad vəziyyətdədir. Bu barədə 29 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Corat bağları, şəhid Vüsal Allahyarov küçəsində (4 nömrəli avtobusun son dayanacağı) keçən il təmir işləri aparılıb. Lakin çox keçmədən yol qazılıb və burada yeraltı su borusu quraşdırılıb. Sakinləri narahat edən odur ki, dağıdılmış asfalt örtüyü hələ də bərpa edilməyib.