Qədim Corat qəsəbəsinin sakinlərini narahat edən küçə təmir ediləcək. Sumqayıt24 bu haqda 26 may tarixində RealTV-yə istinadən xəbər verir.
Belə ki, Şahdağ küçəsinin hər iki istiqaməti asfaltlansa da, 300 metrlik hissə baxımsız qalıb. Sakinlərin sözlərinə görə, bu yol ilin hər fəslində palçıq və gölməçələrlə örtülü olur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məsələ ilə bağlı açıqlamasında, küçənin təmirsiz hissəsində işlərin davam etdiriləcəyini bildirib.