Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.