Corat qəsəbəsinin bəzi hissələrində qaz təchizatında fasilə yaranıb. Bu barədə 23 yanvar tarixində Sumqayıt24 xəbər verir.
“Azəriqaz” İB redaksiyamıza verilən açıqlamada bildirib ki, qeyd olunan ərazidə avtoqəza nəticəsində qaztənzimləyici qutusuna zərər dəyib. Yaranmış çətinliyin həlli istiqamətində işlər aparılır. Qısa müddətdə təbii qazın verilişi bərpa olunacaq.
Qeyd edək ki, hazırda bəzi ərazilərdə qaz aşağı təzyiqdə verilir.