Corat qəsəbəsində yol dağınıqdır. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
Sülh küçəsində yaşayan sakinlərin sözlərinə görə, 10 ildən çoxdur ki, ərazidə asfalt yoxdur. Onlar bildirirlər ki, ətraf ərazilərdə təmir işləri aparılsa da, bura baxımsız qalıb. Yolsuzluqdan, əsasən, piyadalar əziyyət çəkirlər.