Sumqayıtda su sayğacları yenilənir. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində Report-a istinadən yazır.
İşlər şəhər ərazisində yerləşən çoxmənzilli binalarda aparılır. "Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlının sözlərinə görə, bu çalışmalar üzrə layihələrlə bağlı keçən ilin ikinci rübündə də vəsaitlər ayrılıb.
O qeyd edib ki, hazırda işlər əsasən dik dayaqların pilləkən qəfəsdən çıxarılması və sayğacların yenilənməsi istiqamətində görülür.