Sumqayıt şəhəri 6-cı mikrorayonda kanalizasiya xətti təmizlənib. Bu haqda bu gün, 14 iyun tarixində APA-ya istinadən xəbər veririk.
Vətəndaşların sözlərinə görə, mənzillərində, binanın girişində üfunət iyindən nəfəs almaq mümkün deyil, ağcaqanadların əlindən isə yaşayışları daha da ağırlaşır.
Əraziyə cəlb edilən Sumqayıt Sukanal İdarəsinin əməkdaşları zirzəmilərə baxış keçiriblər, tutulmuş kanalizasiya xətlərini tullantılardan təmizləyiblər.