Piyadaların yolu təhlükəsiz keçmələri üçün “piyada zolaqları” bəzi küçələrdə mövcud deyil. Bu haqda bu gün, 18 aprel tarixində oxucular Sumqayıt24-ə xəbər verib.
Məlumata əsasən, bu problem şəhərin Niyazi və M. Əsədov küçələrində müşahidə olunur. Küçələrin hər ikisində yol nişanı olduğu halda, zolaqlar silinib.
“Piyada zolaqları yenilənsə çox gözəl olar. Bu həm sürücülərin, həm də bizim yolumuzu asanlaşdırar”, - deyə şəhər sakini bildirib. [modula id="13476"]