top
Dializ xəstələrinə ŞAD XƏBƏR - Yeni şöbələr yaradılır
10 dekabr 2025, 10:40
- ↺ +

Dializ xəstələrinə ŞAD XƏBƏR - Yeni şöbələr yaradılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələn il Azərbaycanda daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Sumqayit24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir və 247-si Bakı şəhərində, 431-i regionlarda olmaqla ümumilikdə 678 çarpayı fondu mövcuddur. Sağlamlıq vəziyyətləri, xəstəliyin ağırlıq dərəcələri və müayinə göstəriciləri nəzərə alınmaqla bu şöbələrdə həftədə 1, 2 və 3 dəfə olmaqla vətəndaşlar hemodializ müalicəsinə cəlb edilir. Ümumilikdə tabeli tibb müəssisələrində 4200-ə yaxın şəxs dövlət hesabına ödənişsiz olaraq hemodializlə təmin olunur.

Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu məqsədlə hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir.
Əhaliyə göstərilən tibbi xidmət göstəricilərinin yaxşılaşdırılması və mövcud tələbatın qarşılanması məqsədilə TƏBİB tərəfindən hemodializ şöbələrinin sayının artırılması istiqamətində nəzərdə tutulan tədbirlərin icrası ardıcıl şəkildə həyata keçirilir.

Xatırladaq ki, dializ xidmətlərinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm addımlardan biri 2023-cü ildə bu xidmətlərin təşkilinə və inkişafına nəzarəti təmin edən komissiyanın yaradılmasıdır. Komissiya ölkədə dializ sahəsində bütün çatışmazlıqların vaxtında həll edilməsi, sözügedən şöbələrin müasir standartlara uyğunlaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə müvafiq işlər görür.

Hazırda komissiya hər həftənin ikinci günü TƏBİB tərəfindən müəyyən olunmuş tibb müəssisəsi - Kliniki Tibbi Mərkəzdə təşkil olunur. Hemodializ xidmətinə ehtiyacı olan hər bir vətəndaş həkim rəyi əsasında müvafiq laborator və instrumental müayinə nəticələri ilə bu komissiyaya müraciət edə bilər.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər