Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində, evləri istiliklə təmin edən yeraltı borunun təmiri 3 aya yaxındır ki yekunlaşdırılmır. Bu barədə həmin məhəllənin sakinləri bu gün, 12 fevral tarixində Sumqayıt24-ə müraciət edib.
Problem ev 2/29-un önündə yaşanır. Belə ki, 3 ay bundan əvvəl, evləri istiliklə təmin edən yeraltı boru partlamışdır. Onun təmiri üçün məhəllə ərazisində bir neçə yerdə qazıntı işləri aparılıb. Sakinlərin sözlərinə görə, boru təmir edilməyib, qazılmış asfalt örtüyü isə onların hərəkətini çətinləşdirir.[modula id="9656"]