H.Z. Tağıyev qəsəbəsində kanalizasiya suları yol boyu axır. Bu haqda bu gün, 2 iyul tarixində Sumqayıt24 xəbər verir.
Məktəbli küçəsindən axan “çay” Fətəli Xan küçəsində keçilməz gölməçə yaradıb. Kanalizasiya xəttinin aşıb-daşması səbəbindən ətrafı kəskin qoxu bürüyüb.
“Dünəndən yaşanan kanalizasiya problemi hələ də hell edilməyib. Yayın bu günündə həm istidən, həm də bu iydən birtəhər oluruq, baxan yoxdu”, - deyə sakin bildirib. [modula id="17758"]