Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində aparılan təmir işlərindən sonra asfalt bərpa edilməyib. Bu haqda Sumqayıt24-ə bu gün, 2 fevral tarixində məlumat daxil olub.
Bir müddət əvvəl, “Gənclik” marketin yanında yeraltı boruda sızma baş vermişdir. Bu səbəbdən “Heydər” parkının önündə keçən yolu su basmışdır. Sukanal İdarəsinin əməkdaşları dərhal boru problemini həll ediblər. Lakin üstündən 1 həftə keçməsinə baxmayaraq, yol hələ də dağınıq vəziyyətdədir.