Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Bulvar küçəsində baş verən münaqişə qanla nəticələnib.
Belə ki, 40 yaşlı Yusif Seyfulla oğlu Allahverdiyevlə 38 yaşlı Zəhra Vəli qızı Muxtarova arasında yaranan mübahisə münaqişəyə çevrilib. Nəticədə kişi qadına bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkən isə dərhal təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, sözügedən məsələnin başvermə anı ilə bağlı hadisə şahidi danışıb.
Daha ətraflı Baku TV-nin süjetində.