Sumqayıt şəhərinin “Göyərçin” parkında piyada səkisi dağılmış vəziyyətdədir. Bu haqda Sumqayıt24 bu gün, 1 fevral tarixində məlumat verir.
Baxımsız səki 20 Yanvar və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən parkın giriş hissəsindədir. Təqribən 3 kv.metr ərazidə tamet daşları yoxdur.
“Şəhərimizə qonaq gələnlər belə mənzərə gördükdə elə utanırıq ki. Bura məhlə içi yol deyil, harasa uzaq yer deyil ki, bu vəziyyətdə olsun”, - deyə sakin bildirib.