Sukanal İdarəsinin əməkdaşları Sumqayıtın H.Z. Tağıyev qəsəbəsində kanalizasiya quyusu problemini həll edib. Bu haqda Sumqayıt24-ə bu gün, 28 yanvar tarixində məlumat daxil olub.
İşlər qəsəbənin Səttar Bəhlulzadə küçəsində, 19 nömrəli məktəbə gedən yolda aparılıb. Burada olan kanalizasiya qapağı uzun müddətdir ki çökmüşdür və yararsız vəziyyətdə idi. Bu səbəbdən idarənin əməkdaşları köhnə qapağı yenisi ilə əvəz ediblər.
Hazırda, ərazi qoruyucu lentlə bağlıdır.