Sumqayıtın H.Z. Tağıyev qəsəbəsində uşaq bağçasına gedən yol keçilməz olub. Bu haqda Sumqayıt24-ə valideynlər məlumat verib.
Söhbət qəsəbənin Mikayıl Muşfiq küçəsində yerləşən 3 saylı bağçadan gedir. Azyaşlılar və onların validenynlərinin hər gün istifadə etdikləri yol su və palçıq içindədir.
Yağış yağan zaman burada küçə enində gölməçələr yaranır və uzun müddət belə vəziyyətdə qalır. Bu səbəbdən, sakinlər bağçaya getdikdə “min bir” maneə ilə qarşılaşır.