H.Z. Tağıyev qəsəbəsinin Xətai küçəsində uşaq meydançası istifadəyə verilib. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Burada tikinti işləri 2020-ci ilin dekabr ayından başlanılmışdır və bir neçə gün öncə yekunlaşıb. Hazırda, meydançaya həm uşaqların əylənməsi üçün yelləncək və sürüşkənlər, həm də onların valideynləri üçün söhbətgahlar qoyulub.
Qeyd edək ki, meydança Sumqayıt şəhər İcra Hakimiyyətinin göstərişi ilə tikilib. [modula id="9152"]