Bakı-Quba yolunun H.Z. Tağıyev qəsəbəsinə düşən hissəsində təmir işləri gedir. Sumqayıt24-ə bu haqda bu gün, 9 aprel tarixində məlumat daxil olub.
Hazırda işlər yolun bir hissəsində aparılır. Burada asfalt örtüyü qaşınıb və yaxın zamanda yenisi ilə əvəz ediləcək. Əraziyə xüsusi texnika cəlb edilib.