H.Z. Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində zibil aşıb-daşır. Narazı sakinlər bu barədə 11 iyul tarixində Sumqayıt24-ə məlumat verib.
Belə ki, burada sahil boyunca müxtəlif növ tullantılara - qida məhsulları, plastik və selofonlara rast gəlinir. Məsələnin ən üzücü tərəfi odur ki, antisanitar vəziyyəti çimərliyə gələn bəzi vətəndaşlar yaradıb.
Eyni zamanda təmizlikdə dincəlmək istəyən digər sakinlərin rahatlığı üçün ərazidə müvafiq tədbirlərin görülməsi zəruridir.
[modula id="18262"]