Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində lüklərin qapağı mövcud deyil. Bu barədə 26 avqust tarixində Sumqayıt24 xəbər verir.
Qəsəbənin Fərrux Qayıbov küçəsində 2 lükün qapağı yoxdur. Bu hal 1 həftədən çoxdur ki, müşahidə olunur.
“Bilinmir qapaq oğurlanıb, ya necə. Lüklər yaşayış binasının yanında yerləşir. Dünən uşaqlardan biri gözümün önündə az qaldı ki, quyuya yıxılsın”, - deyə sakinlərdən biri bildiriblər.