top
Hərbi qulluqçuların pensiyaları necə hesablanacaq? - Yeni qaydalar
03 noyabr 2025, 13:12
- ↺ +

Hərbi qulluqçuların pensiyaları necə hesablanacaq? - Yeni qaydalar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi qulluqçuların pensiya təyinatının yeni qaydada aparılması ilə bağlı məlumat yaydı. Qaydaya görə hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb.

Bəs görəsən, bu qaydanın hərbi qulluqçular üçün hansı müsbət tərəfləri var?

İqtisadçı Günay Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçular hansı qurumda çalışmalarından asılı olmayaraq, vahid formada pensiya alacaqlar:

"Yeni qərarın qəbulunu, müəyyən sahələrdə tənzimlənmələrin həyata keçirilməsi, sosial- iqtisadi sahə çərçivəsində modernizasiyanın tərkib hissəsi kimi qiymətləndirmək olar. Məhz hərbi quluqçularla bağlı pensiya təminatındakı qərarın qəbulu da, görülən işlər sırasındadır.

Müxtəlif qurumlarda (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və başqaları) çalışan hərbi qulluqçuların pensiya təminatları indiyə qədər daxili qanunlarla tənzimlənirdi. Lakin yeni qərara əsasən, həmin şəxslər üçün də, vahid formada pensiya təminatı yaradılacaq.
Bu qərarın qəbul edilməsi həm vətəndaşlar üçün rahatdır, həm də dövlətin sosial-iqtisadi addımları üçün səmərə təşkil edir".

İqtisadçı bildirib ki, dövlət büdcəsi hazırlanarkən növbəti il üçün proqnoz verilir:

"Proqnozun tərkibində hərbi sahə üçün ayırılan müəyyən vəsait yer alır.  Hərbi sahəyə müxtəlif qurumlar tərəfindən nəzarət, həmçinin o sahədə çalışanların pensiya təminatı ilə bağlı müəyyən prosedurlar olduğundan onları hesablamaq, ərsəyə gətirmək və ya proqnoz vermək müəyyən çətinlik yaradırdı. Vahid sistem yarandığı üçün artıq bu problem də aradan qalxır və iqtisadi modernləşdirmə baş verir.

Əvvəllər sözügedən qurumların müxtəlif şöbələrində çalışan şəxslər sadəcə hərbi qulluqçu adlanırdılar və tabe olduqları qurumun daxili qaydalarına uyğun pensiya və digər ödənişlər alırdılar. Bu isə şəffaflığa kölgə salırdı.

Növbəti illərdə bu proses tənzimlənəcək. Vətəndaşlar hansısa yerlərə sənəd təqdim etmədən, uzun-uzadı proseslərdən keçməyəcək, qısası elektronlaşma ilə vəziyyət daha da şəffaflaşacaq".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:39

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda dayanacaq nişanı avtobus sürücüsü üçün keçərsizdir? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:27

21 yaşında şəhid olan sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda bu yol sürücülərə baha başa gəlir…

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda sabah da güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 16:07

Sumqayıtda lift lotereyası: Bu gün işləyəcək, sabah xarab olacaq?

Bütün xəbərlər
Dünən, 16:01

Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir"

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda içməli su xəttində qəza baş verdi

Bütün xəbərlər
Dünən, 15:27

Sumqayıtlı kişi arvadını döydü, məhkəmədə barışdılar

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 14:07

Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bütün xəbərlər
Dünən, 13:54

Generalın qızının ev dustaqlığına prokurordan etiraz

Bütün xəbərlər
Dünən, 13:37

Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir

Bütün xəbərlər
Dünən, 13:11

Dövlət qulluğuna qəbulla bağlı müsabiqədə müsahibə 2 mərhələdən ibarət olacaq

Bütün xəbərlər
Dünən, 13:03

Dövlət qulluqçularının pedaqoji fəaliyyəti ilə bağlı yeni qayda

Bütün xəbərlər
Dünən, 13:02

Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər

Bütün xəbərlər
Dünən, 12:57

Yeriyərək getdiyi xəstəxanadan əlil arabasında çıxdı…

Bütün xəbərlər
Dünən, 12:17

Bu avtobus sərnişinlərə dəniz mənzərəli səfər yaşatdı

Bütün xəbərlər
Dünən, 11:46

Bakı-Sumqayıt yolunda gecə təhlükəsi

Bütün xəbərlər
Dünən, 11:33

123 saylı avtobusda təhlükəli anlar – Sərnişinlər özlərini çölə atdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:06

Xarici ölkələrin səfirləri Sumqayıtdakı alman əsirlərinin məzarlığını ziyarət ediblər

Bütün xəbərlər
Dünən, 10:36

Qonşunun borcuna görə siz də istiliksiz qala bilərsiniz? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıt və Novxanıda elektrik problemi: külək əsir, işıqlar sönür

Bütün xəbərlər
Dünən, 09:16

Azərbaycan millisi bu gün Andorra sınağına çıxır

Bütün xəbərlər
14 noyabr 2026, 18:07

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
14 noyabr 2026, 17:27

Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB

Oxşar xəbərlər