Sumqayıtda piyadaların rahat hərəkət etməsi üçün müəyyən işlər aparılır. Bu haqda Sumqayıt24-ə bu gün, 8 fevral tarixində məlumat daxil olub.
İşlər Heydər Əliyev prospektində “Dejurni” dairəsi yaxınlığında görülür. Burada olan piyada keçid zolağının boyası uzun illərdir ki solmuşdur və bu səbəbdən sürücülər onu görməkdə, piyadalar isə yolu keçməkdə çətinlik çəkirdilər. Hazırda zolağın boyası yenilənib və yolun bu hissəsi ilə avtomobillərin hərəkəti qısa müddətlik dayandırılıb.