Şəhər ərazisində mərkəzi prospektin bir hissəsində axşamlar göz gözü görmür. Sumqayıt24-ə bu haqda 26 iyul tarixində məlumat verilib.
Problem Heydər Əliyev prospektinin 4-cü mikrorayondan keçən hissəsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, ötən həftədən etibarən yol boyunca işıq dirəkləri qoşulmur. Bu isə təkcə piyadalar yox, sürücülər üçün də təhlükədir.
Qeyd edək ki, yolun əks tərəfində və ətraf ərazilərdə işıqlandırma qaydasındadır.