Sumqayıtda Heydər Əliyev prospekti qismən bağlıdır. Bu haqda bu gün, 3 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, yol 3-cü mikrorayona düşən hissəsindən Ağa Quliyev küçəsinədək (“Kimyaçı” Mədəniyyət Sarayına qədər) hərəkət məhdudlaşdırılıb. Burada hazırda xətlənmə işləri aparılır. Əraziyə xüsusi texnika cəlb edilib.
Yaxın zamanlarda yolun əks istiqamətində bu kimi işlər aparılacaq.