Sumqayıt şəhərinin Babək küçəsində piyada zolağı silinib. Sumqayıt24 bu haqda 9 avqust tarixində xəbər verir.
“Hiper” marketin qarşısında yerləşən nişanlanma xətləri görünməz haldadır.
“Bura ən çox istifadə olunan yollardan biridir. Zolaqların pozulması sürücülər ilə piyadalar arasında çaşqınlıq yaradır. Bu isə təhlükəli vəziyyətə gətirib çıxara bilər”, - deyə sakinlər bildiriblər.