H.Z. Tağıyev qəsəbəsindəki Hüseyn Ərəblinski küçəsinin bir sıra problemləri var. Sumqayıt24 bu haqda 21 fevral tarixində xəbər verir.
Burada yollar çala-çuxur, kanalizasiya sistemi isə bərbad vəziyyətdədir. Sakinlərin dediyinə görə, yağışlar yağanda və ya kanalizasiya daşanda ərazi keçilməz olur. Həmçinin yol boyu bəzi işıq dirəklərinə lampalar quraşdırılsa da, küçənin qalan hissəsi qaranlıq içindədir.