Sumqayıtda aidiyyəti qurum tərəfindən dağıdılan yol yenilənməyib. Sumqayıt24 bu haqda 28 iyun tarixində XəzərTV-yə istinadən xəbər verir.
Söhbət Çerkassı küçəsindən gedir. Sakinlərin sözlərinə görə, iki il bundan öncə İcra Hakimiyyəti tərəfindən buradan keçən yol asfaltlanıb. Lakin, qısa müddət sonra "Azərsu" ASC asfaltı qazaraq oradan su və kanalizasiya xətti çəkib. Amma aradan iki il keçməsinə baxmayaraq, dağıdılan asfalt yenilənməyib.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, ərazinin bərpası ilə bağlı aidiyyəti üzrə müraciət olunacaq.