H.Z. Tağıyev qəsəbəsinin bir neçə küçəsində işıqlandırma yoxdur. Bu barədə Sumqayıt24-ə oxuculardan məlumat daxil olub.
Problem Cabir Novruz, Sahil və Xəzər küçələrini əhatə edir. Məlumata görə, 3 il əvvəl burada işıq dirəkləri üçün təməl qoyulub, lakin dirəklər hələ də quraşdırılmayıb. Bu yollarda həm piyadalar, həm sürücülər çətinlik çəkirlər. [modula id="19815"]