Sumqayıtda yerləşən “İnşaatçılar” klubunun damı qəzalı vəziyyətdədir. Bu haqda Sumqayıt24-ün oxucuları məlumat verib.
Klub, eyniadlı qəsəbənin Kamran Hüseynov küçəsində yerləşir. Belə ki, binanın dəmirdən olan dam örtüyü ərazidən keçən sakinlərə təhlükə yaradır. Örtüyün çox hissəsi qırılıb, digər hissəsi isə küləkli hava şəraitində yırğalanır.
Qeyd edək ki, klubun önündə market var və təhlükədən xəbərsiz yüzlərlə sakin hər gün ərazidən keçir.