İnşaatçılar küçəsində təmir işləri davam edir. Sumqayıt24 bu barədə 6 avqust tarixində DünyaTV-yə istinadən xəbər verir.
Ümumi uzunluğu 2,3 km olan küçədə 21 min kv.m-dən çox sahədə asfalt örtüyü döşənir. Ərazidə xeyli sayda texnika və canlı qüvvə çalışır. İşlərin yaxın günlərdə yekunlaşması nəzərdə tutulub.
Bununla paralel olaraq yolun ətrafında, həmçinin Kimyaçılar, Yəhya Məmmədov və Səməd Vurğun küçələrində iməcilik aparılır.