Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yağış suları üçün nəzərdə tutulan quyuların üstü açıqdır. Bu haqda bu gün, 14 fevral tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, qapaqsız lyuklar Kamran Hüseynov küçəsində yerləşir. Bu quyular yol hərəkətinin hər iki istiqamətində mövcuddur. Hətta biri yolun kəsişməsində olduğundan sürücülər üçün təhlükə yaradır.[modula id="9752"]