Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yollar pis vəziyyətdədir. Sumqayıt24-ə bu haqda bu gün, aprelin 30-u izləyicilər məlumat verib.
Təqdim etdiyimiz fotomateriallardakı ərazi İşıq İdarəsinə gedən yoldur. Sakinlərin sözlərinə görə, buranı tez-tez su basır. Bu hal onları yay-qış demədən narahat edir. Bundan əlavə, ətrafı dözülməz üfunət qoxusu bürüyüb.
Səsləndirilən ehtimalla görə, sözügedən vəziyyət kanalizasiya sisteminin pis işləməsinə görə yaranıb.