Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində asfalt örtüyü yararsız haldadır. Bu barədə Sumqayıt24-ə 17 avqust tarixində izləyicilərdən məlumat daxil olub.
16-cı mikrorayon, bina 205-in önündən keçən məhəlləarası yollar baxımsız vəziyyətdədir.
“Sovet dövründən çəkilən asfaltdır. Yaşlı insanlar bu yoldan istifadə etməkdə çətinlik çəkirlər. Avtomobil keçən kimi ətraf toz-torpaq olur. Küçəboyu dərin çalalar müşahidə olunur. Nəqliyyat vasitələri tez-tez çuxurlara düşüb sıradan çıxırlar. Aidiyyəti qurumlara müraciət etmişik, lakin baxan yoxdur”, - deyə sakinlər bildiriblər.