Sumqayıtda kanalizasiya quyuları təmizlənib. Bu haqda Sukanal İdarəsinin Facebook səhifəsinə isitnadən xəbər veririk.
İşlər Corat qəsəbəsi ev 32-nin və 48-ci məhəllə ərazisində yerləşən binaların qarşısında aparılıb. Ərazilərə cəlb olunan idarə əməkdaşları, yuma maşını vasitəsilə burada olan kanalizasiya quyularını çirkab tullantılarından təmizləyiblər.